NƏQLİYYAT VASİTƏSİNİN İCARƏ MÜQAVİLƏSİ

Tərəflər arasında imzalanmış Nəqliyyat vasitəsinin icarə müqaviləsinə (bundan sonra «Müqavilə» adlanacaq) əsasən «İcarəyə verən» müqavilənin birinci səhifəsində müəyyən olunan nəqliyyat vasitəsini «İcarəçi»nin istifadəsinə verməyi, «İcarəçi» isə həmin əmlakı qəbul edib müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə icarə haqqını «İcarəyə verən»ə ödəməyi öhdəsinə götürür.

  1. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

1.1. «İcarəyə verən»in hüquqları:

1.1.1.   Bu müqavilənin birinci səhifəsində göstərilən daşınar əmlakı müddətli sahib olmaq və müqavilə şərtlərinə və yol hərəkəti təhlükəsizlik qaydalarına uyğun istifadə edilməsi üçün «İcarəçi»yə verir.

1.1.2.   «İcarəçi» ilə yanaşı daşınar əmlakdan istifadə hüququnu özündə saxlayır;

1.1.3.   «İcarəçi» bu müqavilə üzrə üzərinə götürdüyü vəzifələrin icrasından boyun qaçırdıqda və ya lazımınca yerinə yetirmədikdə İcarəyə verən müqaviləyə birtərəfli qaydada xitam verə və avtomobili dərhal geri qaytarılmasını tələb edə bilər.

1.1.4.   Bu müqavilənin 1.1.3.-cü maddəsinə əsasən avtomobilin geri qaytarılma tələbinə İcarəçi tərəfindən məhəl qoyulmadıqda və ya bu tələb barədə məlumat vermək məqsədi ilə müqavilədə qeyd edilmiş telefon nömrələri ilə əlaqə saxlanıla bilinmədikdə İcarəyə verən xəbərdarlıq etmədən təxliyyə avtomobili vasitəsilə və ya ehtiyat açar ilə avtomobili yerləşdiyi yerdən istənilən ünvana apara bilər.

1.1.5.   İcarə haqqının müqavilədə nəzərdə tutulmuş müddətdə və miqdarda ödənilməsini «İcarəçi»dən tələb edir.

1.1.6.   İstifadə hüququnun girov qoyulmasını «İcarəçi»yə qadağan edir.

1.2. «İcarəyə verən»in vəzifələri:

1.2.1.   Avtomobili istifadə üçün tam yararlı və texniki təhlükəsizlik normaları təmin olunan vəziyyətdə «İcarəçi»yə təhvil verir.

1.2.2.   Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirir və onların pozulmasına yol vermir.

1.2.3.   Nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan sənədləri «İcarəçi»yə təhvil verir.

1.3. «İcarəçi»nin hüquqları:

1.3.1. Avtomobili istifadəsinə qəbul edir və ondan müqavilə şərtlərinə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş nəqliyyat vasitəsinin istismar qaydaları və yol hərəkət qaydalarına uyğun olaraq istifadə edir.

1.4.      «İcarəçi»nin vəzifələri:

1.4.1.   Nəqliyyat vasitəsini idarə etmək üçün müqavilədə qeyd olunmuş şəxslərin şəxsiyyətini təsdiq edən sənədini və beynəlxalq sürücülük vəsiqəsini «İcarəyə verən»ə təqdim edir.

1.4.2.   Bu müqavilədə nəzərdə tutulmuş qaydada və miqdarda icarə haqqını ödəyir.

1.4.3.   Müqavilənin qüvvədə olduğu müddətdə avtomobili yanacaqla təmin edir.

1.4.4.   Avtomobildən müqavilə şərtlərinə uyğun olaraq istifadə edir və onun qəsdən yararsız hala gətirilməsinə yol vermir.

1.4.5.   İstifadə hüququnu girov qoymur.

1.4.6.   «İcarəyə verən»in razılığı olmadan istifadə etdiyi daşınar əmlakı digər şəxslərə icarəyə (subicarə) vermir.

1.4.7.   Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirir və onların pozulmasına yol vermir.

1.4.8.   Tərəflər arasında əlavə razılaşma yoxdursa nəqliyyat vasitəsini yalnız Azərbaycan Respublikasının sərhədləri daxilində idarə edir.

1.4.9.   Nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmir.

1.4.10. İcarə obyektindən yürüşlərdə, idman yarışlarında, yolsuzluq şəraitində və heyvan ovu üçün istifadə etmək, heyvan daşımaq, qəbul olunmuş çəkidən artıq yük daşımaq, yük və sərnişin daşıma xidmətləri göstərmək və digər nəqliyyat vasitəsini yedəyə almaq qadağandır. Qeydiyyat sənədində nəzərdə tutulmuş saydan artıq sərnişin daşınılması yolverilməzdir.

1.4.11. İcarə müddətində müqavilədə qeyd olunmamış şəxs tərəfindən icarə obyektinin istifadə olunmasına yol vermir. İcarə müddətində Müqavilədə qeyd olunmamış şəxsin nəqliyyat vasitəsindən istifadəsi zamanı törədilmiş qanunazidd əmələ görə «İcarəçi» məsuliyyət daşıyır.

1.4.12. İcarə müddətində icarəyə götürülmüş nəqliyyat vasitəsi ilə bağlı yaranan bütün zədələr barədə «İcarəyə verən»ə məlumat verir.

1.4.13. İcarəçi bu müqavilə üzrə üzərinə götürdüyü vəzifələrin icrasından boyun qaçırdıqda və ya lazımınca yerinə yetirmədikdə İcarəyə verən müqaviləyə bir tərəfli qaydada xitam vermək hüququna malikdir.

  1. ÖDƏNİŞ

2.1.      Tərəflər arasında olan bütün hesablaşmalar müəyyən olunmuş nağd və ya nağdsız ödəniş qaydası əsasında həyata keçirilir. Bu müqavilə üzrə aparılan ödəmələr Azərbaycan Respublikasının pul vahidi – manatla yerinə yetirilir.

2.2.      İcarə müqaviləsi üzrə ödəniş əvvəlcədən həyata keçirilməlidir. «İcarəçi» icarə müqaviləsinin müddətini uzatmaq istədikdə, əlavə müddət üzrə hesablanmış icarə haqqı məbləğini əvvəlcədən ödəməlidir.

2.3.      İcarə müqaviləsi bağlanan zaman icarəçi icarəyə verənə depozit məbləği ödəməlidir. Depozit məbləği icarə haqqından əlavə ödənilir və müqaviləyə xitam verilərkən nəqliyyat vasitəsinə zərər vurulmamışsa və icarə müqaviləsinə əsasən əlavə məbləğ tutulmalı deyilsə tam hissədə icarəçiyə geri qaytarılır. Depozit məbləği nağd ödənildikdə 120 saat ərzində, plastik kart vasitəsilə ödənildikdə 1 ay ərzində geri qaytarılır.

2.4.      İcarə müqaviləsi üzrə «İcarəçi»nin «İcarəyə verən»ə əlavə borcu yaranarsa və bu məbləğ dərhal ödənilməlidir. Əks halda «İcarəçi» «İcarəyə verən»in xeyrinə hər ötən gün üçün borc məbləğinin 0.1 % həcmində dəbbə pulu (peniya) ödəyəcək.

2.5.      Nəqliyyat vasitəsi geri qaytarılarkən çəndə olan yanacaq icarəyə verilən zaman mövcud olan miqdardan az olduqda 10 manat məbləğində cərimə və yanacağın çatışmayan hissəsinin dəyəri Azərbaycan Respublikası Tarif Şurasının müəyyən etdiyi qiymət və vergilərə uyğun hesablanmaqla «İcarəçi» tərəfindən «İcarəyə verən»ə ödənilməlidir.

III. DİGƏR ŞƏRTLƏR

3.1.      İcarə müddətində «İcarəçi»nin hərəkət və ya hərəkətsizliyi nəticəsində nəqliyyat vasitəsi ilə bağlı dövlət orqanları və üçüncü şəxslər qarşısında yaranan bütün öhdəliklər «İcarəçi» tərəfindən tam hissədə ödənilməlidir.

3. 2.     «İcarəçi» icarə müddətində yol hərəkət qaydalarını pozarsa, törətdiyi qayda pozuntusuna görə tam məsuliyyət daşıyır və icarə müqaviləsinə xitam verilərkən məlum olan hər bir yol hərəkət qaydaları pozuntusuna görə nəzərdə tutulmuş cəriməni və əlavə olaraq 20 manat məbləğində cərimə ödəyir. Əgər «İcarəçi» icarə müddəti ərzində icarə obyekti ilə bağlı törətdiyi qayda pozuntusuna görə dövlət orqanları tərəfindən hüquqi məsuliyyətə cəlb olunmuşsa, İcarə müqaviləsinə xitam verilən zaman «İcarəyə verən»ə bu barədə ətraflı və dəqiq məlumat verməlidir.

3.3.      «İcarəçi» tərəfindən törədilmiş qayda pozuntusu barədə məlumat «İcarəyə verən»ə icarə müqaviləsinə xitam verildikdən sonra məlum olduqda, «İcarəyə verən» «İcarəçi»ni həmin qayda pozuntusu barədə dərhal məlumatlandırır və «İcarəçi» həmin tarixdən 10 gün ərzində cərimə məbləğini və əlavə olaraq 20 manat məbləğində cəriməni tam hissədə ödəməlidir.

3.4.      «İcarəçi» icarəyə götürdüyü nəqliyyat vasitəsini müqavilədə nəzərdə tutulmuş gün və saatda geri qaytarmalıdır. İcarəçi İcarəyə götürdüyü nəqliyyat vasitasini Müqavilədə göstərilən qaytarılma zamanından 59 (əlli doqquz) dəqiqədən geç qaytararsa növbəti tam gün üçün ödəniş etməlidir.

3.5.      İcarəçi nəqliyyat vasitəsini Müqavilədə göstərilən müddətdən artıq saxlayıb İcarəyə Verənə xəbər vermədiyi halda hadisə nəqliyyat vasitəsinin qaçırılması kimi sayılacaq.

3.6       «İcarəçi» icarəyə götürdüyü nəqliyyat vasitəsini müqavilədə nəzərdə tutulmuş ünvanda geri qaytarır. Müqavilədə nəzərdə tutulmamış ünvanda nəqliyyat vasitəsini təhvil vermək istədikdə bu barədə «İcarəyə verən»ə məlumat verir və məsafədən asılı olaraq 20 manatdan 50 manatadək məbləğdə əlavə ödəniş etməklə digər ünvanda təhvil verə bilər.

3.7.      «İcarəçi» nəqliyyat vasitəsini «İcarəyə verən»in müəyyən etdiyi iş vaxtında geri qaytarmalıdır. «İcarəçi»nin nəqliyyat vasitəsini qeyri-iş vaxtında geri qaytarmaq niyyəti olduqda bu barədə «İcarəyə verən»ə məlumat verir və tərəflərin razılığı ilə əlavə ödəniş etməklə müəyyən olunmuş ünvanda qeyri iş vaxtında geri qaytarır.

3.8.   Nəqliyyat parkına nəzarət edilməsi və təhlükəsizliyin təmin olunması məqsədi ilə nəqliyyat vasitəsinə İcarəyə verən tərəfindən gps monitorinq avadanlığı quraşdırıla bilər və icarə obyektinin yerləşdiyi ünvana və hərəkət sürətinə nəzarət olunmasına İcarəçi etiraz etmir.

3.9.      İcarə müqaviləsi üzrə icarəyə verilmiş nəqliyyat vasitəsi icarə müddətində yararsız hala düşərsə «İcarəyə verən»in könüllü təşəbbüsü və «İcarəçi»nin razılığı ilə digəri ilə əvəz oluna bilər.

  1. ZƏRƏRİN ƏVƏZİNİN ÖDƏNİLMƏSİ

4.1.      Nəqliyyat vasitəsi geri qaytarıldıqda təhvil alınmış vəziyyətlə müqayisədə aşkar olunan pisləşmə halı «İcarəçi» tərəfindən tam hissədə aradan qaldırılmalıdır.

Nəqliyyat vasitəsi geri qaytarıldıqda nəqliyyat vasitəsi ilə birlikdə təhvil alınmış əşyalar itdikdə və ya yararsız hala düşdükdə itmiş və ya yarasız hala düşmüş hər bir əşyaya görə «İcarəçi» tərəfindən  «İcarəyə verən»ə aşağıda göstərilən məbləğlərdə cərimə ödənilir  – Domkrat 50 manat, acar 100-1000 manat, ayaqaltı 50-200 manat, təkər 100-200 manat. Nəqliyyat vasitəsində siqaret çəkmək qadağandır siqaret çəkildiyi halda 50 manat cərimə tətbiq olunur.  Nəqliyyat vasitəsi cirkli vəziyyətdə təhvil verildiyi halda avtoyuma ucun 20 manat, kimyəvi təmizlik üçün isə 200 manat məbləğində ödəniş edilməlidir.

4.2.      Vurulmuş zərər və əlavə tutulmalar depozit məbləğindən az olduqda müqaviləyə xitam verilərkən «İcarəyə verən» həmin məbləği depozit məbləğindən tutur, istifadə edilməmiş qalığı «İcarəçi»yə geri qaytarır. Vurulmuş zərər və əlavə tutulmaların məbləği depozit məbləğindən artıq olduqda «İcarəyə verən» depozit məbləğini tam hissədə özundə saxlayır və əlavə məbləği «İcarəçi»dən tələb edir.

4.3.            Yol nəqliyyat hadisəsi baş verdikdə «İcarəçi» «İcarəyə verən»i dərhal xəbərdar etməlidir. Hadisə zamanı «İcarəçi» tərəfindən sığorta şirkətinin müəyyən etdiyi tələblərə uyğun hərəkət edilməlidir. Baş vermiş sığorta hadisəsi ilə bağlı dəymiş zərərin ödənilməsi üçün Sığorta şirkətinin tələb etdiyi sənədlərin dövlət orqanlarından əldə edilməsi vəzifəsini «İcarəçi» öz öhdəsinə götürür. Sığorta şirkəti ödəniş etməkdən imtina etdikdə dəymiş zərər «İcarəçi» tərəfindən tam həcmdə ödənilməlidir.

4.4.            Dəymiş zərər sığorta şirkəti tərəfindən ödənildikdə «İcarəçi» franşiza (azadolma) məbləğini tam hissədə ödəməlidir.

4.5.             İcarə müqaviləsini bağlayan zaman avtomobil kasko sığortalanmadan icarəyə götürülərsə nəqliyyat vasitəsinə vurulmuş zərər tam həcmdə «İcarəçi» tərəfindən ödəniləcəkdir.

4.6.            İcarə müqaviləsi üzrə icarə müddətində nəqliyyat vasitəsinə zərər dəyərsə nəqliyyat vasitəsi təmirdə olduğu müddət üçün icarə haqqı tam hissədə «İcarəçi» tərəfindən ödəniləcək. Avtomobil təmirdə olduğu müddətdə icarə müddəti bitərsə «İcarəçi» avtomobilin təmirdən çıxdığı tarixədək hər ötən gün üçün «İcarəyə verən»in rəyinə əsasən günlük icarə haqqının 50%-nə qədər hissəsində əlavə ödəniş etməlidir.

4.7              İcarə müqaviləsi üzrə icarə müddətində nəqliyyat vasitəsinə zərər dəyərsə təmir işləri «İcarəyə verən»in müəyyən etdiyi təmir mərkəzində həyata keçirilməlidir. Ehtiyat hissələrinin alınmasını və təmir işlərinin aparılmasını digər ünvanda həyata keçirmək barədə «İcarəçi»nin təşəbbüsü olduqda və «İcarəyə verən» buna etiraz etmədikdə «İcarəçi» «İcarəyə verən»in təmir və ehtiyat hissələrinin keyfiyyətinə dair tələbləri ilə razılaşmalıdır.  Yerinə yetirilmiş təmir işləri və quraşdırılmış ehtiyat hissələrinin keyfiyyəti «İcarəyə verən»in tələblərinə uyğun olmadıqda avtomobil «İcarəyə verən»in müəyyən etdiyi təmir mərkəzinə aparılır və uyğunsuzluqları aradan qaldırmaq üçün xərclər (təmir, ehtiyat hissələrinin qiyməti və hər boşdayanma gününə görə icarə haqqının 50%-ə qədər hissəsi) «İcarəçi» tərəfindən tam hissədə ödənilir.

  1. MÜQAVİLƏNİN  DƏYİŞDİRİLMƏSİ, XİTAMI, UZADILMASI VƏ ƏLAVƏ ŞƏRTLƏRİ.

5.1. Bu müqavilə bağlandığı andan qüvvəyə minir.

5.2. İcarə müqaviləsinə «İcarəçi»nin tələbi ilə vaxtından əvvəl xitam verildikdə, müqavilədə qeyd olunmuş son müddətədək icarə haqqı tam hissədə ödənilməlidir. İcarə haqqı əvvəlcədən «İcarəyə verən»ə ödənilmişdirsə həmin

müqavilə üzrə müqavilənin qurtarmamış müddəti üçün ödənilmiş icarə haqqı «İcarəçi»yə geri qaytarılmır;

5.3.Fors-major hallarında tərəflər müqavilə şərtlərinin yerinə yetirilməməsinə görə bir-biri qarşısında heç bir maddi və digər məsuliyyət daşımırlar.

5.4.            Bu müqavilənin şərtlərinin dəyişdirilməsinə, ona əlavələr edilməsinə tərəflərin razılığı ilə yol verilir. Müqaviləyə edilən bütün əlavə və dəyişikliklər tərəflərin imzası ilə təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir və müqavilənin ayrılmaz və tərkib hissəsi kimi müqaviləyə əlavə olunur. Birtərəfli qaydada edilən əlavə və dəyişikliklərin heç bir hüquqi qüvvəsi yoxdur.

5.5.            İcarə müqaviləsi üzrə icarəyə götürülmüş nəqliyyat vasitəsinin Təhvil-təslim aktı hazırki müqavilənin ayrılmaz hissəsidir və tərəflərin imzası ilə təsdiq edildiyi andan qüvvəyə minir. Təhvil-təslim aktı 2 hissədən ibarətdir və həmin akta əsasən nəqliyyat vasitəsinin icarədən əvvəl və sonrakı vəziyyətini müəyyən edilir.

  1. MÜBAHİSƏLƏRİN HƏLLİ

6.1.      Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Bu müqavilənin icra yeri  «İcarəyə verən»in hüquqi ünvanı (Bakı şəhəri,  Yasamal rayonu, N.Nərimanov küç. 205) sayılır və Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə mübahisələr Bakı şəhəri Yasamal rayon məhkəməsində həll edilir.

6.2.      Bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə tənzimlənəcəkdir.

TƏHVİL-TƏSLİM AKTI ŞƏRTLƏRİ

  1. 1. Bu akt icarəyə götürülmüş nəqliyyat vasitəsinin “İcrəyə verən” tərəfindən təhvil verildiyi və icarə müqaviləsi üzrə təhvil alındığı zamana uyğun müvafiq qaydada daxil və xarici mövcud vəziyyətini əks etdirir.
  2. 2. Nəqliyyat vasitəsi geri qaytarıldıqda təhvil alınmış vəziyyətlə müqayisədə aşkar olunan pisləşmə halı “İcarəçi” tərəfindən tam hissədə aradan qaldırılmalı.
  3. 3. Nəqliyyat vasitəsindən İcarə müqaviləsinin şərtləri və istismar qaydalarına uyğun istifadəsi zamanı yaranan köhnəlmə üzrə baş vermiş dəyişikliklər barəsində  “İcarəçi” məhsuliyyət daşımır.
  4. 4. “İcarəçi” tərəfindən vurulmuş zərərin aradan qaldırılması üçün hesablanmış məbləğ  “İcarəyə verənin” təqdim etdiyi sənəd əsasında ödənilməlidir.
  5. 5. Əgər “İcarəçi” “İcarəyə  verənin” yazılı razılığı olmadan icarə obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu icarə obyektinə zərər vurmadan ayrıla bilmirsə , icarə müqaviləsinə xitam verdikdən sonra “İcarəçi” bu yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir.
  6. 6. Nəqliyyat vasitəsi geri qaytarılarkən çəndə olan yanacaq icarəyə verilən zaman mövcud olan miqdardan az olduqda 10 manat məbləğində cərimə və yanacağın çatışmayan hissəsinin dəyəri Azərbaycan Respublikası Tarif Şurasının müəyyən etdiyi qiymət və vergilərə uyğun hesablanmaqla «İcarəçi» tərəfindən «İcarəyə verən»ə ödənilməlidir.
  7. 7. Geri qaytarılarkən avtomobil təmiz vəziyyətdə olmalıdır.Əks halda avtomobilin təmizlənmə xərcləri “İcarəçi” tərəfindən ödənilməlidir.
  8. 8. “İcarəçi” avtomobilin bütün maye səviyyələrinin (yağ,su və s.) tələb olunan miqdarda olmasına nəzarət etməli və zərurət olduqda bu haqda “İcarəyə verənə” məlumat verməlidir.Buna əməl edilməməsi nəticəsində yaranan hər hansı bir ziyan “İcarəçi” tərəfindən ödənilməlidir.
  9. 9. Yol nəqliyyat hadisəsi baş verdikdə “İcarəçi” “İcarəyə verəni” və siğorta şirkətini dərhal xəbərdar etməlidir. Hadisə zamanı “İcarəçi” tərəfindən sığorta şirkətinin müəyyən etdiyi tələblərə uyğun hərəkət edilməlidir. Baş vermiş siğorta hadisəsi ilə bağlı dəymiş zərərin ödənilməsi üçün Sığorta şirkətinin tələb etdiyi sənədlərin dövlət orqanlarından əldə edilməsi vəzifəsini “İcarəçi” öz öhdəsinə götürür. Siğorta şirkəti ödəniş etməkdən imtina etdikdə dəymiş zərər “İcarəçi” tərəfindən tam həcmdə ödənilməlidir.
  10. 10.Dəymiş zərər siğorta şirkəti tərəfindən ödənildikdə “İcarəçi” franşiza məbləğini tam hissədə ödəməlidir.
  11. 11. “İcarəçi” icarə müqaviləsini bağlayan zaman avtomobilin siğortalanmasından imtina edərsə nəqliyyat vasitəsinə vurulmuş zərər tam həcmdə “icarəçi” tərəfindən ödəniləcəkdir.
  12. 12. “İcarəçi” nəqliyyat vasitəsini geri qaytararkən icarə obyektinə aid təhvil aldığı əşyalar və sənədlər ilə birlikdə təhvil verməlidir.Əgər icarə obyektinə aid əşyalar və ya sənədlər geri qaytarılmadıqdav “İcarəyə verən” həmin əşyanın hazırki bazar qiymətinin və ya tərəflər arasında müəyyən olunmuş cərimə məbləğini “İcarəçi”dən tələb etmək hüququna malikdir.
  13. 13. Hazırki şərtlərdən irəli gələn yaxud da Şərtlər barədə meydana çıxan bütün mübahisələr tərəflərin razılığı ilə həll edilir. Tərəflər öz aralarında razılığa gələ bilməzlərsə , mübahisənin həll olunması Azərbaycan Respublikasının müvafiq məhkəməsinə verilir.
  14. 14. “İcarəçi” tərəfindən avtomobilin texniki pasportunun və ya  dövlət qeydiyyat nişanının itirilməsinə görə  ayrı-ayrılıqda 600 manat ödəniş edilməlidir.

QƏZA BAŞ VERƏRSƏ: +994 55 204 08 44

HƏR BİR TEXNİKİ NASAZLIQDA: +994 55 204 91 00

İCARƏ GÖTÜRMƏK MƏLUMATLAR

– İcarəçi etibarlı sürücülük vəsiqəsinə və 3 ildən az olmayacan sürücülük təcrübəsinə malik olmalıdır;

– Xarici vətəndaşlar üçün – etibarlı beynəlxalq sürücülük vəsiqəsi;

– İcarəçi etibarlı şəxsiyyət vəsiqəsini, müvəqqəti qeydiyyatdan keçmiş xarici vətəndaşlar müvəqqəti yaşayış icazəsi vəsiqəsini, qonaq və turistlər isə pasportlarını təqdim etməlidirlər;

– Avtomobilin icarəsi üçün İcarəçi etibarlı kredit kartına malik olmalıdır;

– Prestigious, Luxury, 4×4 sinifli avtomobillər üçün yaş məhdudiyyətləri mövcuddur. İcarəçinin yaşı 21 yaşdan çox olmalıdır.

ÖDƏNİŞ ŞƏRTLƏRİ

– Avtomobil icarəsinin məbləğinə aşağıdakılar daxildir:

  • Yürüş məhdudiyyətləri – Limitsiz
  • Üçüncü tərəfin vətəndaş məsuliyyəti.

–      Avtomobil icarəsinin məbləğinə aşağıdakılar daxil deyil:

  • 18% ƏDV;

–      Ödəniş Azərbaycan manatı ilə həyata keçirilir;

–      Ödəniş nağd və ya Visa, VisaElectron, Master Card kard sistemləri vasitəsilə həyata keçirilə bilər;

–      Avtomobilin icarəsi zamanı İcarəçi avtomobilin kateqoriyasına müvafiq olan girov qoymalıdır (bu məbləğ İcarəçinin kredit kartında bloklaşdırılacaq);

–      Avtomobilin icarəsi zamanı girov nağd şəkildə İcarə verənin ofislərinin birində qoyula bilər, avtomobil isə icarə yerinə yetirilən ofisə qaytarılmalıdır (bu qayda yalnız Azərbaycan ərazisində mövcuddur);

Avtomobil sinfi Qrup Model  Depozit məbləği Depozit növü
Mini A Chevrolet Spark 300 Nağd / КК*
Mini A Suzuki Swift 300 Nağd / КК*
Ekonom B Chevrolet Cobalt 300 Nağd / КК*
Ekonom C Hyundai Accent 300 Nağd / КК*
Ekonom C Nissan Sunny 300 Nağd / КК*
Ekonom C Kia Rio 300 Nağd / КК*
Ekonom C Skoda Rapid 300 Nağd / КК*
Orta F Toyota Corolla 300 Nağd / КК*
Orta E Hyundai Elantra 300 Nağd / КК*
Orta E Kia Cerato 300 Nağd / КК*
Lüks H Honda Accord 400 Nağd / КК*
Lüks H Hyundai Sonata 400 Nağd / КК*
Lüks M Toyota Camry 400 Nağd / КК*
Premium N Mercedes E-Class 500 Nağd / КК*
Krossover O Hyundai Creta 400 Nağd / КК*
Krossover O1 Hyundai Venue 400 Nağd / КК*
Krossover P Hyundai Tucson 400 Nağd / КК*
Krossover P Kia Sportage 400 Nağd / КК*
Krossover P Nissan X-Trail 400 Nağd / КК*
Krossover P Toyota Rav-4 400 Nağd / КК*
Krossover R Mercedes GLK 400 Nağd / КК*
SUV 4×4 Q Hyundai Santa-Fe 400 Nağd / КК*
SUV 4×4 Q Mitsubishi Pajero 400 Nağd / КК*
SUV 4×4 R Jeep Grand Cherokee 400 Nağd / КК*
SUV 4×4 S Toyota Highlinder 400 Nağd / КК*
SUV 4×4 S Toyota Prado 400 Nağd / КК*
SUV 4×4 T Toyota Land Cruiser 400 Nağd / КК*
Pikap W Mitsubishi L200 400 Nağd / КК*
Minivan X Hyundai Staria 400 Nağd / КК*
Minivan X Ford Tourneo 400 Nağd / КК*
Minivan X1 Mercedes V-Class 500 Nağd / КК*

*KK – Kredit Kartı

AVTOMOBİLİN İCARƏSİ ZAMANI SIĞORTA ŞƏRTLƏRİ

İcbari Sığorta (MMİS):

–      Bütün avtomobillər icbari sığorta üzrə sığortalanıb.

–      Avtomobilin istismarı zamanı icarə müqaviləsinin şərtləri və/və ya sığorta şərtləri pozulduğu halda sığorta tətbiq olunmur. Bu pozuntuların nümunələri kimi təhlükəli və yanğıdan təhlükəli maddələrin nəqli, avtomobilin alkoqol və ya narkotik maddələrinin təsiri altında idarə olunması, habelə sərxoş vəziyyətinin üzrə testdən keçirilməsində imtina və s. göstərilə bilər. Bu hallarda yol-qəza hadisəsinə görə İcarəçi məsuliyyət daşıyır.

– Qəza və ya avtomobilə hər hansı digər ziyan dəydikdə şirkətimizin əməkdaşına +994552040844 zəng etmək məcburidir. Əks halda, hər hansı bir zərər icarəçinin məsuliyyətidir.

AVTOMOBİLLƏRİN GƏTİRİLMƏSİ VƏ QAYTARILMASI

İş saatlarında

– Bakı Əsas ofis (N.Nərimanov küç. 205) saat 09:00-dan 18:00-dək – ödənişsiz;

– Bakının bütün ünvanlarına (Bakı Əsas ofis xaric) çatdırılma haqqı – 20 AZN
– Hava limanına avtomobilin çatdırılma haqqı – 20 AZN

Qeyri-iş saatlarında, istirahət günlərində və bayramlarda

–      Avtomobilin gətirilməsi və qaytarılması – 20 AZN.

Digər ofisə və ya digər şəhərdə qaytarılma şərti ilə avtomobilin İCARƏSİ

Azərbaycanda

–      Avtomobilin icarəsi digər ofisə qaytarılma şərti ilə yalnız Bakı şəhərinin daxilində mümkündür;

–      Avtomobilin icarəsi digər ofisə qaytarılma şərti ilə mümkündür

Baku – Gabala – 50 AZN;

Baku – Ganja – 100 AZN;

Qabala – Ganja – 50 AZN;

Xarici ölkələrdə

Avtomobilin icarəsi xarici ölkələrdə qaytarılma şərti ilə mümkün deyil

–      İcarənin uzadılması

İcarənin uzadılması yalnız avtomobilin icarəsi məntəqəsində mümkündür.

ƏRAZİ MƏHDUDİYYƏTLƏRİ VƏ XARİCİ ÖLKƏLƏRDƏ AVTOMOBİLİN İSTİSMARI

–      Avtomobilin Azərbaycandan kənara çıxarılması.

–      Avtomobilin Gürcüstan və ya Türkiyə ərazisinə çıxarılması yalnız şirkətin etibarnaməsi və icarənin rəsmiləşdirilməsi ilə bağlı bütün xərclərin ödənilməsi əsasında mümkündür:

ƏLAVƏ XİDMƏTLƏR VƏ ƏLAVƏ ÖDƏNİŞLƏR

Əlavə sürücü üçün idarəetmə haqqı

–      Hər bir əlavə və səlahiyyəti olan sürücü üçün gün ərzində 5 AZN, ay ərzində 250 AZN ödənilməlidir.

ƏLAVƏ YANACAĞIN DOLDURULMASI

–      İcarə olunan avtomobil İcarəçiyə verildiyi zaman yanacaq həcmi ilə eyni olan həcmdə qaytarılmalıdır, əks halda İcarəçi hər əlavə yanacaq litri üçün ödəniş etməli olacaq.

ƏLAVƏ İMKANLAR

Uşaq oturacağı (0-2 yaş) – gündə 8₼

Uşaq oturacağı (3-5 yaş) – gündə 8₼

Uşaq oturacağı (6-10 yaş) – gündə 8₼

Portativ Wi-Fi – gündə 20₼

Qar zəncirləri – gündə 20₼

ƏDV

–      ƏDV – 18 %;

–      Avtomobil icarəsi üzrə bütün tariflərə ƏDV daxil deyil;

BRONLAŞDIRMANIN TƏXİRƏ SALINMASI ŞƏRTLƏRİ

Sifarişin təxirə salınması icarə olunmanın bron tarixi və vaxtından 24 saat əvvəl həyata keçirilməlidir.

Əgər təxirə salma 24 saat az vaxt ərzində yerinə yetirilibsə, gündəlik icarə haqqının 50% məbləğində cərimə ödənilməlidir.

İcarəyə verən müqavilənin bağlanmasından əvvəl potensial icarəçiyə səbəbləri açıqlamadan avtomobil icarəsi sorğusunu qəbul etməmək haqqına malikdir (bronlaşdırmanın mövcud olmasına baxmayaraq.

SIPP Kodları

AVTOMOBIL NÖVÜ AVTOMOBILIN ÖLÇÜSÜ SÜRƏTLƏR QUTUSU A / C
C Compact B 2/3 qapı A Avtomatik N Xeyr
E Econom C 2/4 qapı M Mexaniki R Bəli
F Full Size D 4/5 qapı
G Full Size Elite F SUV
I Orta G Krossover
L Lüks J Open Air All Terrain
M Mini K Commercial Van / Truck
N Mini Elite L Limousine
P Premium P Pick up Regular
R Standard Elite R Recreational
S Standard S Sport
X Special T Convertible
V Passenger Van
W Wagon
X Special