Our Policies
www.aznur.az/qhse/policy
“AZNUR” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN İNTEQRƏEDİLMİŞ İDARƏETMƏ SİSTEMİ ÜZRƏ SİYASƏTİ
“AZNUR” Məhdud Məsuliyyətli Cəmiyyəti Nəqliyyatın icarəsi və Avtopark və nəqliyyatın idarə olunması sahələri üzrə xidmətləri təqdimi edərkən öz iş fəaliyyətində Azərbaycan Respublikası qanunvericiliyini və beynəlxalq normativ-hüquqi aktları rəhbər tutaraq aşağıda qeyd olunan öhdəlikləri öz üzərinə götürmüşdür:
- Cəmiyyətin idarəetmə sisteminin ISO 9001, ISO 14001 və ISO 45001 beynalxalq standartlarının tələblərinə uyğun qurulması və tətbiqi vasitəsilə maraqlı tərəflərin ehtiyac və gözləntilərinin hər tərəfli öyrənilməsi, təhlili, qiymətləndirilməsi, öhdəliklərin müəyyən edilməsi və bu öhdəliklər əsasında strategiyanın və hədəflərin təyini və icrasının təmin edilməsi;
- Yeni texnologiyaların mənimsənməsi və tətbiq edilməsi ilə müştərilərə yüksək və davamlı keyfiyyətli xidmətin təqdim olunması və bununla Cəmiyyətin rəqabətə davamlılığının təmin edilməsi;
- İş fəaliyyəti zamanı əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühit ilə bağlı qayda və normaların tətbiqinin, həmçinin onlara riayət olunmasının təmin edilməsi;
- Fərdi mühafizə vasitələrinin və yeni texnologiyaların geniş tətbiqi ilə peşə xəstəliklərinin, zədələnmə hadisələrinin, qəzaların yaranma risklərinin azaldılmasının, habelə, baş vermiş hadisənin təsirinin minimallaşdırılmasının və fəsadlarının aradan qaldırılmasının təmin edilməsi;
- Ola biləcək hadisə, insident, qəza və s. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün, həmçinin müştərilərə yüksək keyfiyyətli xidmətin təqdim edilməsi məqsədi ilə bütün işçi heyətinin zəruri hazırlıq səviyyəsinin, səriştəliliyinin və İS-in tətbiqində səmərəli iştirakının təmin edilməsi;
- Ekoloji təmiz məhsulların satınalınmasına üstünlüyün verilməsi, tullantıların azaldılması və ətraf mühit aspektlərinin rasional idarə olunması üzrə tədbirlərin planlanması və həyata keçirilməsinin təmin edilməsi;
- Fəaliyyət nəticələrinin yaxşılaşdırılması məqsədilə İS-in yararlılığının, adekvatlığının və effektivliyinin davamlı olaraq təkmilləşdirilməsi məqsədilə tədbirlərin planlanması, yerinə yetirilməsinin təmin edilməsi, zəruri resurslarla təminatın həyata keçirilməsi.
Baş Direktor
Nərgiz İsgəndərzadə